22 Sentyabr 2016 08:18
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 65 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: