2015-ci ildə Azərbaycanda 24 ana ölümü hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Onlardan 4 nəfəri şəhərdə, 20 nəfəri kənddə yaşayırmış.
Bakı şəhəri üzrə 4 nəfər, Gəncə-Qazax bölgəsi üzrə 3 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1 nəfər, Lənkəran bölgəsi üzrə 5 nəfər, Quba-Xaçmaz iqtisadi rayonu 3 nəfər, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1 nəfər ana ölümü baş verib. Ən çox Ana ölümü Aran bölgəsi üzrə baş verib ki, 2015-ci ildə 7 nəfər ana ölüb.
Ötən il Naxçıvan Muxtar Respublikasında və Yuxarı Qarabağ rayonu üzrə ana ölümü baş verməyib.
Qeyd edək ki, Azərbaycanda ən çox ana ölümü 2009-cu ildə baş verib. Həmin ildə 37 nəfər ana ölüb.
İlhamə ƏBÜLFƏT