23 Sentyabr 2016 11:34
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda 5 rayonun sakinləri ilə görüşüb.

Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.

Nazir Tərtər rayonunda 5 rayonun (Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın) sakinlərini fərdi qaydada qəbul edib.

Səlim Müslümov Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin dövlət hesabına mənzillə təmin olunması ilə bağlı müraciətləri cavablandırarkən bu ilin ötən dövründə respublikanın müxtəlif bölgələrində 234 mənzilin həmin təbəqələrdən olan insanların istifadəsinə verildiyini bildirib: “Keçən və cari ilin ötən dövründə Tərtər rayonunda 58 nəfər, Ağcabədi rayonunda 14 nəfər, Ağdam rayonunda 10 nəfər, Bərdə rayonunda 5 nəfər olmaqla, həmin rayonlar üzrə ümumilikdə 87 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə cavab verən mənzillərlə təmin olunub. Bu rayonlar üzrə cari ildə daha 16 fərdi evin tikintisi də nəzərdə tutulub”.
Nazir bildirib ki, əlilliyi olan şəxslərin reabilitasiyası yönündə tədbirlər daim gücləndirilir: “Təkcə bu ilin yanvar-avqust aylarında nazirliyin əlillərin bərpa mərkəzlərində 5100 nəfərdən çox əlilliyi olan şəxs bərpa-müalicə xidməti ilə təmin edilib. Eyni zamanda 9747 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib, onlara 23156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1077 ədəd əlil arabası verilib, 128 nəfərin isə xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil olunub”.

Səlim Müslümov cari ilin 8 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən 48759 nəfər, o cümlədən Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonları üzrə 2022 nəfər vətəndaşın münasib iş yerləri ilə təmin edildiklərini diqqətə çatdırıb.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər