23 Sentyabr 2016 16:26
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda 2017-ci ildə sosial sahəyə ayrılan vəsait artırılacaq".

Teleqraf.com-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında gələn ilin dövlət və icmal büdcəsi müzakirə olunub: "Toplantıda Prezident İlham Əliyevin tapşırıqları səsləndirilib. Cənab Prezidentin tapşırığı ondan ibarətdir ki, sosial proqramlarda hər hansı bir kəsr və bu sahəyə ayrılan vəsaitdə azalma ola bilməz.

Gələn ilin büdcəsinin layihəsi çap olunacaq və görəcəksiniz ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində, 2017-ci ilin dövlət büdcəsində sosial təminat, sosial müdafiə xərclərində də artım var. Bu bir daha təsdiq edir ki, ölkədə aparılan bütün işlər, aparılan islahatlar hamısı bir məsələyə, Azərbaycan vətəndaşının yaşayış səviyyəsinin, onun rifahının yüksəldilməsinə xidmət edir. Növbəti ilin büdcəsi də bunu bir daha təsdiqləyir".


Müəllif:

Oxşar xəbərlər