20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə edən 33 seçki məntəqəsində referendumla bağlı səsvermədə yüksək fəallıq hiss olunur.
Teleqraf.com-un xəbərinə görə, məntəqələrin hamısı bütün zəruri texniki avadanlıqla təmin edilib, referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda, 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə seçki komissiyasında 44615 seçici qeydiyyata alınıb. Habelə referenduma beş gün qalmış əlavə olaraq 3 müvəqqəti məntəqə (yəni 34, 35, 36 saylı) açılıb.
Məntəqə seçki komissiyalarında müşahidəçilər səsvermə prosesinin gedişini izləyirlər. Xarici və yerli kütləvi informasiya vasitələri səsvermənin işıqlandırılmasında iştirak edirlər.
Nərgiz