Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 12:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, F.Orucov ölkə üzrə olan 5 min 627 seçki məntəqəsindən 5 min 604-nün hesabat verdiyini söyləyib.
F.Orucov deyib ki, saat 12:00-a olan məlumata görə, 1 milyon 613 min 879 nəfər səsvermədə iştirak edib ki, bu da ölkə üzrə seçicilərin 30,6 faizi deməkdir.
Beləliklə, seçicilərin 30,6 faizi saat 12:00-dək səsvermə hüququndan istifadə edib.
Ötən hesabat saatında olduğu kimi, saat 12:00-da da ölkə üzrə ən aktiv seçki dairələrinin siyahısına 14 saylı Xəzər seçki dairəsinə liderlik edir. Bu dairə üzrə saat 12:00-dək seçicilərin 21 min 305 nəfər və yaxud 43,2 faizi səs verib.
Səxavət