26 Sentyabr 2016 13:18
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Müalicə Müəssisəsində səsvermə prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, ümumxalq səsverməsi - referendumla əlaqədar müəssisədə cəza çəkən məhkumlar 24 saylı Nizami Seçki Dairəsinin 36 saylı məntəqəsində səs verirlər.

Məntəqənin sədri Məhəmməd Əhmədov bildirib ki, siyahı üzrə 350 nəfər seçici var. Onun sözlərinə görə, hazırda 180 məhkum səs verib.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 35 saylı məntəqəsində10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar səsvermədə iştirak edir.

Məntəqənin sədri Elşad Əhmədov bildirib ki, siyahı üzrə 971 seçici var: "İndiyə qədər 500 nəfər səsvermədə iştirak edib. Seçicilərin 51 fazi artıq səsvermədə iştirak edib. Seçkilər yaxşı gedir, heç bir cətinliyimiz yoxdur".

Səsvermədə iştirak edən məhkum Azər Hacızadə bildirib ki, hər bir vətəndaş kimi məhkumlar da səsvermədə iştirak edirik: "Seçki çox demokratik keçir, heç bir təzyiq yoxdur".

Səsvermədə iştirak edən digər məhkum Hacıağa Qardaşəliyev bildirib ki, cəzaçəkmə müəssisəsində seçki yüksək səviyyədə təşkil olunub: "Sərbəst şəkildə məntəqəyə gələrək öz seçimimizi edirik".

Hacı Zeynalov
Foto: Samir Isayev


Müəllif:

Oxşar xəbərlər