“Azneft” İB “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı baş vermiş qaz təzahürü ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb.
Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür.
Əlavə məlumat veriləcək.
İlhamə ƏBÜLFƏT