Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 17:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, F.Orucov ölkə üzrə olan 5 min 627 seçki məntəqəsindən 5 min 623-nin hesabat verdiyini söyləyib.
F.Orucov deyib ki, saat 17:00-a olan məlumata görə, 5 milyon 267 min 111 nəfər seçicinin 3 milyon 348 min 535 nəfəri səsvermədə iştirak edib ki, bu da ölkə üzrə seçicilərin 63,6 faizi deməkdir.
Beləliklə, seçicilərin 63,6 faizi saat 17:00-dək səsvermə hüququndan istifadə edib.
Ötən hesabat saatlarında olduğu kimi, saat 17:00-da da ölkə üzrə ən aktiv seçki dairələrinin siyahısına 14 saylı Xəzər seçki dairəsi liderlik edir. Bu dairə üzrə saat 17:00-dək seçicilərin 36 min 605 nəfəri və ya 74,14 faizi səs verib.
Ən passiv seçici fəallığı isə 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb. Burada seçicilərin cəmi 20 min 263 nəfər seçicisi və ya 48,11 faizi səsvermədə iştirak edib.
Səxavət