26 Sentyabr 2016 21:30
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunmuş 17 saylı Yasamal üçüncü seçki dairəsinin 48 saylı seçki məntəqəsində referendum ilə əlaqədar səsvermə başa çatıb.

Moskva vaxtı ilə saat 19:00-da Rusiya paytaxtındakı səfirliyimizdə seçkilər 99,8 faiz seçici fəallığı ilə başa çatıb. Səsvermə bitdikdən sonra məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanov AZƏRTAC-a bildirib ki, səfirliyin konsulluq idarəsində qeydiyyata alınmış 1500 seçicidən 1498-dən çoxu öz səsvermə hüququndan istifadə edib.

Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində də seçki məntəqələri artıq bağlanıb. Həmin şəhərlərdə də seçici fəallığı yüksək olub.


Müəllif:

Oxşar xəbərlər