Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası referendumla bağlı müşahidənin nəticələrini açıqlayıb.
Teleqraf.com-un xəbərinə görə, qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, 3 min müşahidəçi ilə 65 DSK üzrə monitorinq təşkil edilib. Referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə AVCİYA seçki qərargahındakı operatorlar tərəfindən toplanılıb və ictimaiyyətə təqdim edilib:
"Referendum günü qeydə alınmış bəzi texniki çatışmazlıqlar çox az sayda məntəqələri əhatə etdiyindən referendumun nəticələrinə təsir etmək gücündə olmayıb. Referendum seçki qanunvericiliyinə uyğun olaraq şəffaf və ədalətli keçirilib. Regionlara gəlincə, xüsusilə Zaqatala, Gəncə, Quba, Şirvanda seçici aktivliyi müşahidə edilib. Qarabağ bölgəsində isə daha çox kişilər səsvermədə iştirak edib. Bu isə regionun xarakterinə bağlı məsələdir".
Nərgiz