27 Sentyabr 2016 16:01
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi və “ASAN” Xidmətin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların test mərhələsinə başlanılır.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, imtahan iki qrup olmaqla oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Layihədə iştirak etmək üçün 810 nəfər qeydiyyatdan keçib.

Bir saat yarım sürən imtahanda namizədlərə ümumi və psixoloji olmaqla 50 sual təqdim ediləcək.

Seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” təyin ediləcəklər.

“Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır.

Layihə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər