Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Qədim sənət – Kəlağayı” layihəsi həyata keçirilib. Qeyd edək ki, layihə AzGF-in elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuşdur. Layihənin məqsədi dekorativ- tətbiqi sənət növü olan batikanı gənclərə aşılamaq və onu təbliğ etmək olub.
Öncə layihəyə cəlb olunmuş təlimçi Cahid Cavadov iştirakçıları 4 gün ərzində keçirilən təlimlər zamanı batika haqqında məlumatlandıraraq batika sənət nümunələri hazırlamağı öyrədib. Daha sonra hazırlanmış sənət nümunələrini digər gənclərə təqdim etmək və aşılamaq üçün sərgi təşkil olunub. Sərgidə iştirak edən gənclər hazırlanan batika nümunələri ilə tanış olublar. Sərginin sonunda layihə iştirakçıları layihə rəhbəri Gülsum Məmmədzadə tərəfindən sertifikatla təltif olunublar.