Bakı Sağlamlıq Mərkəzində 2016- cı ilin 8 ayı ərzində 2116 əməliyyat icra edilib.
Teleqraf.com xəbər verir ki, mərkəzdə keçirilən hesabat tədbirində baş həkim Hikmət Həsənov bu barədə məlumat verib.
O qeyd edib ki, bu ilki əməliyyatların sayı 2015-ci ilin 8 ayı ilə müqayisədə 34 faiz artıb. Burun, qulaq, boğaz əməliyyatları 8 faiz, cərrahiyyə əməliyyatları 19,2 faiz, ginekoloji əməliyyatlar 6,8 faiz artıb.
Bakı Sağlamlıq Mərkəzi 550 çarpayıdan ibarət 13 şöbədən təşkil olunub. 2016-cı ilin 8 ayı ərzində bu şöbələrdə 7225 xəstə müalicə və müayinədən sonra sağalma ilə evə yazılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.
7225 xəstədən 1800 nəfəri doğum şöbəsindən, 1752 nəfəri endokrinologiya şöbəsindən, 1001 nəfəri terapiya şöbəsindən, 971 nəfəri cərrahiyyə şöbəsindən, 904 nəfəri nevrologiya şöbəsindən, 618 nəfəri burun-qulaq-boğaz şöbəsindən, 92 nəfəri yeni doğulmuşların patologiyası şöbəsindən evə yazılıb.
İLHAMƏ