29 Sentyabr 2016 15:11
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə təhsil xərcləri üçün 1859,5 mln. manat vəsait ayrılıb.

Maliyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,2 faiz təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 1,3 faiz-bənd çoxdur.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 981,1 mln. manatı və ya 52.8 faizi ümumi təhsil xərclərinin, 589,4 mln. manatı və ya 31,7 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin ( dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.) , 165, 2 mln. manatı və ya 8,9 faizi məktəbəqədər təhsil xərclərinin, 44,9 mln. manatı və ya 2,4 faizi orta ixtisas təhsili xərclərinin, 41,4 mln. manatı və ya 2,2 faizi ali təhsil xərclərinin , 33,8 mln. manatı və ya 1,8 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 mln. manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif: