30 Sentyabr 2016 10:32
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri təklif edir ki, biz dini maarifləndirmə işini daha yüksək səviyyədə aparaq. Dini maarifləndirmə media, canlı təmaslar, tədris, kitab çapı, məscidlərdə söylənilən xütbələr vasitəsilə həyata keçirilməlidir. Bu, bəllidir. Aydındır ki, televiziya KİV-lər arasında ən üstün mövqeyə malikdir. Düzdür, onlayn media bir sıra hallarda hətta televiziyanı da üstələməkdədir. Bu baxımdan şeyxülislamın təklifi vardı ki, Azərbaycabda milli mənəvi dəyərləri, İslami dəyərləri təbliğ və təşviq edən maarifləndirici bir televiziya kanalı açılsın. Bu təşəbbüsün irəli sürülməsində qəbahət, qeyri-adilik görmürəm. Çünki bu, normal bir seydir. Mədəniyyətimizin, İslama bağlı olan adət və ənənələrimizin təbliği vacib məsələdir".

Teleqraf.com-un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QMİ sədri Allahşükür Paşazadənin Azərbaycanda dini verilişlər yayımlayacaq televiziyanın yaradılması təklifinə münasibət bildirərkən deyib.

O, bildirib ki, ayrıca televiziya kanalının açılması milli-mənəvi dəyərlərimizin təbliğinə daha böyük təsir göstərə bilər: "Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin funksiyasına aid deyil. AzTV, İctimai Televiziya, Space, Xəzər televiziyasında müəyyən verilişlər var. Bu verilişlərin sayını artırmaq lazımdır. Amma əgər müvafiq qurumlar münasib bilərlərsə, milli mənəvi və İslamı dəyərimizi, o cümlədən din-mədəniyyət bağlılığını özündə əks etdirən belə bir televiziya kanalının açılmasına razılıq olarsa, biz Komitə olaraq öz dəstəyimizi verə bilərik. Hər halda bunu Dövlət Komitəsi həll etmir. Bunu müzakirə apararaq həll edəcək qurumlar var. Onlar müzakirə edib fikirlərini səsləndirə bilərlər. Amma MTRŞ-ın nümayəndəsi açıqlama verib ki, sırf dini xarakterli televiziyaların açılışı qanunda nəzərdə tutulmur. Söhbət kanalın adında din sözündən istifadədən getmir, ənənəvi İslami dəyərlərin təbliğindən gedir. Bu təklif var və yəqin ki, baxılacaq".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər