Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda Məhərrəmlik ayında toyların keçirilməməsi ilə bağlı qoyulan ənənəyə münasibət bildirib.
Teleqraf.com-un xəbərinə görə, Komitə sədri bildirib ki, toy və digər mərasimlərin vaxtı qanunla tənzimlənmir: "Azərbaycanda ənənəvi olaraq, Məhərrəmlik ayında insanlar İmam Hüseyn əzadarlığı ilə bağlı toy və digər təntənəli mərasimlər keçirmirlər. Təbii ki, dövlət bu işlərə müdaxilə edə bilməz. Bu, onların şəxsi işi və düşüncəsidir. Əlbəttə, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu ənənələri yaşadır və bu yanaşmada onların özünün müəyyən məntiqi var. Biz buna hər hansı şəkildə müdaxilə etməli deyilik. Bu, insanların öz seçimidir".
Nərgiz