“2017-ci ildə xarici ölkələrdə təhsil almağa yenidən tələbələr göndərilməlidir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin ilk plenar iclasında çıxışı zamanı BAXCP sədri, millət vəkli Qüdrət Həsənquliyev deyib.
Millət vəkili xatırladıb ki, Prezidetn İlham Əliyevin sərəncamına əsasən, 5 min tələbə təhsil almaq üçün xaricə göndərilməli idi: “Lakin biz bunu edə bilmədik. Yalnız 4 min tələbəni oxumağa göndərə bildik. Artıq bu proqram baça çatıb. Hesab edirəm ki, Milli Məclisin Elm və Təhsil Komitəsi məsələyə yenidən baxmalıdır ki, 2017-c ildən xaricdə təhsil almaq üçün tələbə göndərmək mümkün olsun. Məlumata görə, Azərbaycan Amerika şirkətinə müraciət edib ki, gələcəklə bağlı yol xəritəsi hazırlasın. Təbii ki, bu müəyyən vəsait müqabilində olacaq. Belə halları nəzərə alaraq Azərbaycanda peşəkar kadrların hazırlanması istiqamətində iş gücləndirilməlidir”.
NEMƏT