30 Sentyabr 2016 20:15
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdə səfərdə olan nümayəndələri – Türk Birliyi Dərnəyinin sədri, professor Güvən Arıklı, Qlobal Media Qrupunun baş direktoru Tayfun Aydınlı, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu ilə görüş keçirilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının aparıcı media qurumları ilə əməkdaşlığa önəm verir. Bu, istər təcrübə mübadiləsi, istərsə də qlobal media məkanına inteqrasiya baxımdan vacibdir. Şuranın eyni zamanda Şimali Kiprdəki media quruluşları ilə də münasibətlərinin olduğunu vurğulayan Ə.Amaşov əlaqələri dərinləşdirməyin şura üçün müstəsna əhəmiyyət daşıdığını bildirib.

Görüşdə türk dünyasının ortaq problemlərinə birgə baxışın ifadə edilməsinin zəruriliyi ətrafında diskussiyalar aparılıb. Bu baxımdan Şimali Kiprdə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Gənclərinin Forumuna birgə hazırlıq məsələləri önə çəkilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər