1 Oktyabr 2016 13:09
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax şəhər bələdiyyəsinə məxsus “Mercedes” markalı avtomaşın qəzaya düşüb.

Qazax rayon polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Çaylı kəndi ərazisində baş verib.

Qazax şəhər bələdiyyəsinin sədri Oqtay Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomaşın idarəetmədən çıxıb, yolun kənarına aşaraq yanıb.

Nəticədə sürücü yaralanıb, avtomaşında olan sərnişin - Qazax rayon Mənzil Kominal Təsərrufat İdarəsininin rəisi Elşad Axundov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş verən avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər