2 Oktyabr 2016 23:15
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-də Bakıda VII Avropa film festivalı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, builki film festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı təmsil edəcək rejissorların ekran əsərləri təqdim olunacaq.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Noyabrın 12-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.

Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq filmlərin adları yaxın günlərdə müəyyənləşəcək.


Müəllif:

Oxşar xəbərlər