Bu il kimya üzrə Nobel mükafatı qaliblərinin adı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Jan-Pyer Savaj, Ceyms Frezer Stoddart və Bernard Lukas Ferinqa molekulyar maşınların işlənilməsi və sintezinə görə təltif olunacaqlar.
Alimlər molekulyar maşınları tarazlıq vəziyyətindən çıxara biliblər, nəticədə onların hərəkətinə nəzarət etmək mümkün olub. Bu qurğular yeni materiallar, sensorlar və enerjinin qorunub-saxlanılması sistemləri üçün əsas götürülə bilər.
Mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək.
Bu il Nobel mükafatının hər biri 8 milyon İsveç kronu (932 min dollar) məbləğində olacaq.