“Mosulda ərəb, türkmən və ya kürd olsun, öz taleyimizi özümüz həll etməliyik. İraq dövlətinin ordusu var. Bizim ölkədə heç bir dövlətin ordusu yoxdur. Ayrıca Türkiyədən də bura ordu göndərməsini tələb etməmişik”.
Bunu Teleqraf.com-a açıqlamasında İraq hökumətində türkmən azlığının nümayəndəsi Turxan Müftioğlu deyib.
İraq hökumətin nümayəndəsi bildirib ki, o, hansısa bir dövlətin İraq ərazində əsgərinin olmasını sağlam məntiqə uyğun hesab etmir.
Xatırladaq ki, Turxan Müftioğlu bundan öncə İraq hökumətində rabitə naziri, daha sonra İraq Prezident Administrasiyasının informasiya şöbəsinin rəhbəri vəzifəsində çalışıb və hazırkı hökumətdə İraq türkmənlərinin təmsilçisi olaraq təmsil olunur.
NEMƏT