7 Oktyabr 2016 16:52
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi jurnalist həmkarlarımız, qeyri-hökumət təşkilatlarımız, Gürcüstan əsilli ziyalılarımız parlament seçkilərində iştirak edəcək azərbaycanlı namizədlər arasında konkret şəxsləri dəstəkləməyimizi xahiş edirlər. Bir daha qeyd edirəm ki, bir azərbaycanlı olaraq Gürcüstanda yaşayan bütün soydaşlarımız və namizədlərimiz bizim üçün qardaş-bacılarımız olaraq dəyərlidir və onlar arasında belə həssas bir məqamda fərq qoymağım doğru deyil. Mən heç bir zaman belə bir addım atmaram və inanıram ki, mənim adımla bağlı bu istiqamətdə yayılan şaiyələrə inanmayacaqsınız”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, ötən çağırış Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva deyib.

Q.Paşayeva bildirib ki, seçkilərdə sözü xalq deyir və layiq gördüyü namizədə səs verir: “Mənim bu prosesə hər hansı bir şəkildə müdaxilə etməyim imkansızdır və doğru deyil. Bütün Gürcüstan əsilli soydaşlarımıza bir daha demək istəyirəm ki, mənim hər hansı konkret namizədi və ya namizədləri dəstəkləməyim barədə yanaşmalar doğru deyil. Bütün namizədlərə seçkilərdə uğurlar diləyirəm. Gürcüstan azərbaycanlıları hansı namizədləri seçsələr mən bu seçimə, insanlarımızın iradəsinə sayğı ilə yanaşacam. Seçkilərin dost Gürcüstan xalqı və orada yaşayan soydaşlarımız üçün xeyrli-uğurlu olmasını diləyirəm”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər