1 İyul 2014 11:30
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi) müxtəlif peşələr üzrə hazırlıq kurslarını bitirən və imtahandan uğurla keçən 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub.

Teleqraf.com-un məlumatına görə, həmçinin 10 nəfər belə şəxsə yalnız özünüməşğulluq imkanlarına yiyələnə bildikləri üçün peşə kurslarını bitirmə barədə müvafiq arayışlar verilib.

Sağlamlıq imkanları məhdud gənclərin qeyd olunan mərkəzdə yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün onların yaşadıqları rayon (şəhər) Məşğulluq Mərkəzi ilə birgə tədbirlər görülür.


Hazırda mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 90 nəfərə yaxın əlilliyi olan şəxs 10 peşə (kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq) üzrə təlim keçir. Onlar təlim müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə təmin edilirlər.

Naibə


Müəllif: