Azərbaycanın Quba və Qırğızıstanın Kant şəhərləri arasında qardaşlaşma memorandumu imzalanıb.
Bu barədə "Report"a Qırğızıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, memorandumu Quba şəhər icra hakimiyyətinin başçısı Yaşar Məmmədov və Kant şəhərinin meri Erkin Abdraxmanov imzalayıb.
Qeyd edək ki, Qırğızıstanda Azərbaycan diasporunun aktiv olduğu şəhərlərdən biridir.