10 Oktyabr 2016 09:24
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 8-də yeni hərrac elan edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8 noyabr tarixində keçiriləcək növbəti hərracda 77 dövlət müəssisə və obyekti çıxarılıb.

Bu dövlət əmlaklarının 26-ı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, kənkimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr vardır. Belə ki, bu səhmdar cəmiyyətləri arasında “Azinterservis”, “Lənkəran Taxıl”, “Ağcəbədi Pamıq”, “Biləsuvar Pambıq, “Zaqatala Sənaye”, ”“Bərdə Dəmir Beton-9” və digər müəssisələr vardır. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı, respublikanın müxtılif bölgələrində yerləşir.

Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında həmçinin Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Bunlar sırasında 10 kvadrat metrdən başlayaraq 400 kvadrat metrədək olan obyektlər vardır. Bu obyektlərin hərrac qiymətləri 6500 manatdan 800 000 min manatadəkdir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı şəhərinin müxtəlif rayonlarında habelə, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri vardır.

Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən şəxslər obyektlər baradə ətraflı məlumatları privatization.az portalından əldə edə bilərlər.

Nərgiz


Müəllif: