Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə "Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda ikigünlük seminar başlayıb.
DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seminarda komitə sədrinin birinci müavini Səyyad Salahlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç iştirak edir.