Daha sonra iclasda referendumun nəticələri barədə protokol təsdiq edilib.
MSK-nın protokolunda respublika üzrə seçici fəallığının 69,7 faiz olduğu qeyd olunub. Bundan əlavə, referendumda yol verilən nöqsanlara görə 6 məntəqə seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, 1 seçki məntəqəsində qismən ləğv edilib.
Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səsverməyə çıxarılmış referendum aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib. MSK üzvlərinin hamısı protokola imza atıb.
16.57
Sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi – referendumla əlaqədar 3 seçki məntəqəsində seçkinin nəticələri tam ləğv edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 11-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib. A.Muxtarova deyib ki, 1 seçki məntəqəsində isə nəticələr qismən ləğv olunub: “Bununla da 11 saylı Qaradağ seçki dairəsinin 14 saylı məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 10 saylı məntəqəsi, 68 saylı Cəlibadad kənd seçki dairəsinin 2 saylı seçki məntəqəsində seçkinin nəticələri tam, 64 saylı Sabirabad seçki dairəsinin 35 saylı seçki məntəqəsində seçkinin nəticələri qismən ləğv edilib”.
Səxavət