12 Oktyabr 2016 13:05
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “21 Azər” hərəkatının rəhbərlərindən biri olan general Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Mətbuat Şurasının icra katibi Rəhim Hüseynzadə çıxışında Qulam Yəhya Danişianın “21 Azər” hərəkatın böyük xidmətlər göstərdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Demokratik Firqəsinin və mühacir təşkilatın yaranmasında, inkişafında, varlığının qorunub saxlanılmasında Qulam Yəhya Danişianın xüsusi rolu olub:

“Onun rahatlığı olmayıb, işgənclərlə üzləşib, məşəqqətlərə dözüb. Sözün həqiqi mənasında böyük ürək sahibi olub”.

Azərbaycan Tibb Universitetinin müəllimi, İranlı Mühacirlər Cəmiyyəti İdarə Heyətinin üzvü Adilə Çernikbülənd bildirib ki, Qulam Yəhya istər inqilab ərəfəsində, istərsə də Milli Hökumətin yaranmasında fədakarlıq göstərib: “General Qulam Yəhyanın apardığı elə mötəbər tədbir olmazdı ki, qadınlardan, onlara qayğıdan, cəmiyyətdəki rolunun, aktivliyinin artırılmasından söhbət açılmasın. O, özü yenilməzlik rəmzi idi”.

General Qulam Yəhya Danişianın oğlu Bəhrəm Danişiana diplom və mükafatlar təqdim olunub.

Tədbir digər iştirakçıların çıxışları davam etdirilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər