“Azərbaycanın multikultural, tolerant olduğunu göstərən elementlərdən biri də qanvermə aksiyasıdır”.
Teleqraf.com-un məlunatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin bildirib ki, aksiyada Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata, Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev və digər icmaların rəhbərləri də iştirak edir: "Bu da Azərbaycanda müxtəlif dinlərin bir-birinə dözümlülüyünün nümayişidir.
Bizdə məzhəblərarası da ziddiyyət yoxdur. Bu gün məscidlərdə əhli-şiə ilə birlikdə əhli-sünnənin də nümayəndələri iştirak edirlər. Bu da Azərbaycan xalqının yüksək intellekt və mədəniyyətə sahib olduğunu göstərir".