12 Oktyabr 2016 13:58
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Trento şəhərində “Il Nodo di Gordio” beyin mərkəzi tərəfindən dərc edilmiş “Arqonavtların torpağı: Trentino-Alto Adice muxtariyyəti xalqların birgə yaşaması üçün bir model kimi” (Terre degli Argonauti: L’Autonomia del Trentino-Alto Adige come modello per la convinenza tra i Popoli) adlı kitabın təqdimatına həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, kitabda Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna da yer verilib. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın müəllifi olduğu “ATƏT-in vasitəçilik təşəbbüslərinin panoraması: Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsi, həmçinin bir sıra italyan tədqiqatçılarının da mövzu ilə bağlı məqalələri dərc edilib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycanın keçdiyi müstəqillik yolundan danışıb, diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək münaqişənin tarixi, siyasi və hüquqi aspektləri, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunmuş sənədlər və münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə məlumat verib.


Müəllif:

Oxşar xəbərlər