13 Oktyabr 2016 14:33
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Diaspor Nazirliyinin son məlumatına görə, Suriyada 5 ildir davam edən müharibədə 150 erməni öldürülüb, 180-i yaralanıb. Nazirliyin digər məlumatına görə, Suriyada faktiki olaraq erməni qalmayıb, 20 min Suriya ermənisi Ermənistana köçüb, ancaq iş və yaşayış yerləri olmadığına görə əksəriyyəti sonradan ABŞ, Kanada və Avropa ölkələrinə köçüblər”.

Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanın Diaspor Nazirliyinin son cümləsindəki “əksəriyyəti” sözü diqqəti çəkir: “Bəs o zaman “az hissəsi” harda məskunlaşıb, axı elə bu məlumatda deyilir ki, Ermənistanda onlar üçün iş və yaşayış yerləri yoxdur? İş və yaşayış yerləri yoxdursa, Suriya erməniləri İrəvan küçələrində yatmırlar ki. Demək, “az hissəsi”ni hardasa məskunlaşdırırlar. Bir də necə oldu ki, ABŞ, Kanada, Avropa ölkələri bu qədər Suriya ermənisi üçün qapılarını açdı və bundan heç kimin xəbəri olmadı?! Suriya ermənilərinin izini Dağlıq Qarabağda axtarmaq lazımdır. Təsadüfi deyil ki, işğal altındakı torpaqlarda son zamanlar inşaat işləri artıb. Görünür, Suriya erməniləri üçün yaşayış yerləri tikirlər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər