14 Oktyabr 2016 12:18
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir il əvvəl “Reklam haqqında” qanuna edilən dəyişikliklər zamanı biz buradan mobil telefonlara icazəsiz mesajların gəldiyini bildirdik. Bundan sonra müəyyən nəticə oldu, telefonlara icazəsiz mesajların gəlməsi halları qismən aradan qaldırıldı. Lakin son zamanlar xoşagəlməz tendensiyalar müşahidə edilir və genişlənir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sessiyasında deputat Elmira Axundova dilə gətirib.

O, deyib ki, dövlət himninin, populyar ifadələrin, məsələn Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" fikrinin müəyyən vəsait hesabına telefona yüklənməsi təklif olunur:

“ Həmçinin bəzən vətəndaş öz avtomobilinin arxasına Heydər Əliyevin imzası olan böyük fotolar yerləşdirir. Mən Heydər Əliyevi başqalarından az sevmirəm. Sağlığında Heydər Əliyev mənə "sədaqətli dostum" deyirdi. Ancaq hesab edirəm ki, bu xoşagəlməz hallar aradan qaldırılmalı, aidiyyəti qurumlar tədbir görməlidir. Sevgi ürəkdə olmalıdır”.

NEMƏT


Müəllif: