Oktyabrın 15-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, bəzi yerlərdə yağışların intensiv, 17-də isə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Ayın 17-də gecə 8-10, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Oktyabrın 15-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcək, şimşək çaxacaq, arabir yağış yağacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə oktyabrın 17-18-də 4-6 dərəcə aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
İLAHMƏ