14 Oktyabr 2016 13:21
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsu şəhərində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbul vətəndaşların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə keçirilir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 19-da saat 09:00-dan 18:00-dək Şamaxı şəhəri (48-ci məhəllə), İsmayıllı şəhəri (Ə.Ələkbərzadə küçəsi) və Ağsu şəhəri (M.Rəsulzadə küçəsi) aparılacaq.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər