15 Oktyabr 2016 14:35
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirildikdən sonra pedaqoji kadrların ali məktəbdə çalışmasına şərait yaradılıb.

ADPU rektoru Cəfər Cəfərov APA-ya açıqlamasında deyib ki, Azərbaycan Müəllimlər İnstitutunun təxminən 200 nəfər işçisi artıq universitetdə çalışır.

Onun sözlərinə görə, hələlik bəzi işçilər işsiz qalıb: “Onların hamısının işlə təmin olunması ilə bağlı öhdəliyimiz var. Azərbaycan Müəllimlər İnstitutunun prorektorlarından biri Pedaqoji Universitetdə Tədris şöbədə bölmə rəhbəri, digəri isə Təsərrüfat şöbəsinin müdiri olub. Orada olan rəhbər şəxslərin böyük əksəriyyəti işlə təmin edilib. İşlə təmin olunmayan hissə yalnız bakalavr təhsili olan şəxslərdir. Onlara uyğun iş ali məktəbdə azdır, çünki universitetdə çalışmaq istəyən şəxslərin magistr təhsilinin olması arzulanır”.


Müəllif:

Oxşar xəbərlər