Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - aktiv olun, enerjili çalışın. Yeni investor və ya nüfuzlu hami tapa bilərsiniz. Maliyyə duyumunuz bu gün xüsusilə iti olmalıdır. Bu səbəbdən pulla bağlı məsələlərdə yanlışlığa yol verməyin.
Buğa - çox işləri müstəqil görməli olacaqsınız. Əfsuslar olsun ki, bu gün hətta ən yaxın müttəfiqlərinizə və silahdaşlarınıza bel bağlaya bilmirsiniz. İşlər çox olsa da, onlar sizi həddən ziyadə yormayacaq.
Əkizlər - uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq, mühüm qərarlar qəbul etmək olar. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Vəziyyətin inkişafını və öz qüvvələrinizi, potensialınızı incələyin.
Xərçəng - şəxsi münasibətlər müstəvisində vəziyyət daha yaxşıdır. Burada müsbət təmayüllərin təsiri daha güclü olduğundan özünüzü rahat hiss edəcəksiniz. Axşam saatları ailəvi istirahət, maraqlı birgə məğşuliyyət üçün yaxşıdır.
Şir - qüvvənizi toplayın. Bu gün aktiv səylərə ehtiyac var. Qarşılaşdığınız sınaqları qətiyyətlə dəf edin. Çətinliklər ciddi işlərlə yanaşı, xırda məsələlər və detallarda da yarana bilər. Kiçik problemlər sizi xüsusilə qıcıqlandıra bilər. İşdə həmkarlarla dil tapmaq asan deyil. Münaqişə riski artır.
Qız - səfər və ya səyahət yaxşı alınacaq. Onlar yeni təəssüratlar və maraqlı tanışlıqlar vəd edir. Adi günlərlə müqayisədə bədxərclik etməyin. Ehtiyac duymadığınız əşyalara pul xərcləməyin. Soyuqqanlı, məntiqli olun.
Tərəzi - yeni işlərə başlamaq üçün əla gündür. Uğur qazanacağınıza əsla şübhə etməyin. İntuisiyanız sizi aldatmayacaq. Özünə güvənməyən insanlar sizin yolunuzu təkrarlamağa çalışacaqlar. Hansısa mühüm işi reallaşdırmağa başlayanda bu şəxslər etibarlı müttəfiqlər ola bilərlər.
Əqrəb - günün emosional fonu əlverişli deyil. İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz. Maraqlı məşğuliyyət kefinizi yaxşılaşdıracaq. Nə qədər məşğul olsanız da, özünüzə vaxt tapın.
Oxatan - işlə yanaşı, evdəki münasibətlərdə də çətinliklər yarana bilər. Sizi diqqətlə dinləyəcək insana ehtiyacınız var. O sizə heç bir məsləhət verməməlidir. Sadəcə, dəstəklə kifayətlənməlidir.
Oğlaq - yeni iş yeri sahibi ilə danışıqlar, müzakirələr uğurlu ola bilər. Maliyyə məsələlərini sürətlə həll edin. Alış-veriş və investisiyalar üçün əlverişli zamandır. Yaxınlarınız sizi qəribə laqeydlikləri, bütün diqqəti öz işlərinə yönəltməkləriylə təəccübləndirə bilərlər.
Dolça - qaydaları pozanlarla yox, ənənələrə riayət edənlərlə birgə işə başlayın. Nüfuzlu şəxslərlə görüşmək, potensial investor və ya işgüzar tərəfdaşla danışıqlar aparmaq olar.
Balıqlar - günün hadisələri sizi sevindirməyəcək. Planlarınızın bəzilərindən imtina etmək və ya onlara ciddi dəyişikliklər etmək məcburiyyətində qalacaqsınız. Yaranmış situasiyaya uyğunlaşmağa çalışın.
Milli.Az