17 Oktyabr 2016 17:27
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsi Azərbaycan əhalisnin sayını açıqlayıb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 775,7 min nəfərə çatıb.

Bir kvadrat kilometrə əhali sıxlığı 113 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 1872-si əkiz, 51-i isə üçəm doğulub.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,8 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.


Müəllif:

Oxşar xəbərlər