17 Oktyabr 2016 20:53
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntensiv yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib.

Teleqraf.com ARB Şəki-yə istinadən xəbər verir ki, kənddən 150 m aralıda, dağın yamacında 5 hektar ərazidə torpaq kütləsi fərdi yaşayış evlərinə doğru hərəkət edir.

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.


Müəllif:

Oxşar xəbərlər