18 Oktyabr 2016 16:41
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Avstraliyada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar keçirilən təntənəli mərasimdə iştirak edib. DİP-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, millət vəkili Azərbaycanın müstəqilliyindən, bugünkü dünya üçün çox aktual olan tolerantlığından, multikultural ənənələrindən bəhs edib.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avstraliyanın Pert şəhərində qeyd edilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev çıxış ediblər. Onlar Azərbaycanın 25 il əvvəl bərpa edilən müstəqilliyinin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdəki rolundan danışıblar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat veriblər.

Tədbirdə Avstraliya parlamentinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjat çıxış edərək ölkəmiz haqqında xoş sözlər deyiblər.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın millət vəkilləri Qərbi Avstraliya Evinin və Qərbi Avstraliya Senatının spikerləri ilə görüşüblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər