18 Oktyabr 2016 18:47
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları keçirilmiş səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Respublika Çempionatında yüksək nəticələr əldə ediblər.

Teleqraf.com xəbər verir ki, İdman-sağlamlıq klubunda Dövlət Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə həmçinin çempionatda nəticə göstərmiş idmançıları kulubun rəisi, polkovnik Fizuli Musayev təbrik edib, onları qiymətli hədiyyələrlə təltif edib.

Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən yarışlarda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komanda üzrə 350 idmançı mübarizə aparıblar.

Çempionatın yekunlarına görə, K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis” İK) 6,0 km-11 CP məsafədə finiş xəttinə birinci çatıb. Alexander Misçenko (Ukrayna Səfirliyi) və Maksim Boholdin (“İrbis” İK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. 4,8 km-10 CP üzrə Q21 kateqoriyasında Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Ekaterina Yakovleva (“Neftçi”-1) gümüş, Yana Maşkova (“Dağçılıq” idman klubu-2) isə bürünc medal qazanıbr.

Komanda hesabında isə “Dağçılıq” idman klubu bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. “Neftçi” İK İB-2 komandası ikinci, “Dağçılıq” idman klubu-2 isə üçüncü olub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər