19 Oktyabr 2016 12:19
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalma qeydə alınıb”.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, təhlillərin nəticələri göstərir ki, əksər hallarda ana ölümlərinin səbəbi ekstogenikal patologiyadan baş verir: "Xəstələrin sayının artması bu gün anaların müayinəsi və ekstogenikal xəstəliklərin aşkarlanması faizinin artması ilə bağlıdır.

Aprel ayında bu vaxta qədər 6 aparıcı müəssisəsin həkimləri ana ölümlərinin qarşısını almaq məqsədilə regionlara ezam olunublar. Onlar anaları, ailələri maarifləndirir”.

Ana ölümlərinin qeysəriyyə, yoxsa təbii doğuş zamanı daha çox müşahidə edilməsinə gəldikdə, Sevinc Məmmədova bu rəqəmlərin bərabər olduğunu bildirib: “Normal doğuş bir anda patologiyaya çevrilə bilər. Qadın hər ay həkimə müraciət edirsə, həmin qadında doğuş zamanı fəsadlaşma riski aşağı düşür. Lakin təəssüf ki, adətən bizə ağırlaşmalarla müraciət edilir”.

Sevinc Məmmədova hamilə qadınların əsasən normal doğuşa önəm verdiklərini deyib:
“Bu iki proses arasındakı fərqi müəyyən etmək üçün doğuşayardım tibb komissiyasının səviyyəsinə baxmaq lazımdır. Elə doğuşayardım tibb müəssisəsi var ki, ora yalnız fizioloji baxımdan doğuş vaxtı çatmış analar müraciət edir. Üçüncü dərəcəli tibb müəssisələrinə isə daha çox ağır patologiyalı xəstələr müraciət edir. Bu müəssisələrdə qeysəriyyə kəsiyinin faizi respublika üzrə göstəriclərdən daha yüksək ola bilər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər