Azərbaycanda oktyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.
Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi oktyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtından əvvəl başa çatdırılmasına imkan verib. Fondun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi tam təmin olunub.
2016-cı il 1 oktyabr tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190,1 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 211,07 manata çatıb.