20 Oktyabr 2016 20:39
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mosul, Kərkük, Ərbil və digər ərazilər tarix boyu türkmənlərin yaşadığı bölgədir. Zamanında orada Mosul, Zəngi bəyliyi var idi. Bunlar oğuzlar, qədim azərbaycanlılar var idi. Ancaq indi Mosula edilən hücumun arxasında məkrli siyasət görünür”.

Bunu teleqraf.com-a açıqlamasında türkoloq alim, sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Xatırladaq ki, hazırda Mosul İslam Dövləti adlanan terrorçu şəbəkənin nəzarətindədir və bu şəhərə İraq ordusu, İraq Kürd Müxtariyətinin peşmərgə qüvvələri və ABŞ aviasiyasının birgə hücumları həyata keçirirlir. Məqsəd Mosulu İslam Dövlətindən azad etməkdir.

Firudin Cəlilov isə deyir ki, düzdür, bu hücumlarda məqsəd Mosulu İŞİD-in əlindən almaqdır: “Amma aydındır ki, atılan güllələrin fonunda siyasi oyunlara var. Məqsəd odur ki, bu əraziləri kürdlərə təhvil versinlər. Məsələ bu qədər bəsitdir. Bunun qarşısını ala biləcək yeganə hal Türkiyə ordusudur. Çünki bölgədə türk ordusu da mövcuddur. Ən azından biz və digər türk respublikaları belə hallarda türkmənlərə mənəvi dəstək olmalıyıq. Çünki onlar bizim soydaşlarımızdır. Çalışmaq lazımdır ki, Qarabağdan qovulan kimi Mosuldan və Ərbildən türkmənlər qovulmasın. Lakin son hadisələr və xəbərlər göstərir ki, Mosulu insanlar tərk edir. Kərkükün özündə durum yaxşı deyil, buranı ayrı millətlərlə doldurublar. Bu saat orada siyasi oyunlar gedir, məkrli oyunlar da gözləniləndir”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər