Hər il olduğu kimi bu il də ənənəvi bal yarmarkasına start verilib.
Oktyabrın 15-dən noyabrın 15-nə kimi bal tutanlar da, alanlar da barmaq yalayacaqlar.
Yarmarkanın açılışı ilə bağlı geniş reportajımızı təqdim etmişdik. Məlum olmuşdu ki, yarmarkaya təqdim olunan 23.5 ton bal standartlara cavab vermədiyi üçün satışına icazə verilməyib. Bütövlükdə isə yarmarkaya 93 tona qədər bal təqdim edilib.
Altı gün sonra yenidən ora baş çəkərək fotoreportaj etmək qərarına gəldik. Görəsən, bal satanla bal alan arasındakı sevda nə yerdədir.
Teleqtraf.com bal yarmarkasından fotoreportajı təqdim edir.
Elçin MURAD