İran İslam Respublikasının ölkəmizdə dostluq səfərində olan Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmilərinin şəxsi heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib.
Sonra qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib. İran nümayəndə heyəti hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.