22 Oktyabr 2016 17:30
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 120 574,63 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk doqquz ayına nisbətən 100 357,27 min dollar yaxud 47,78% (1,9 dəfə) azdır.

Nəticədə 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,94%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 7 035,56 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 679,52 min dollar yaxud 10,69% çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,11%-nə bərabər olub.


Müəllif:

Oxşar xəbərlər