24 Oktyabr 2016 16:32
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən daxil olan müraciətlərlə əlaqədar ümumilikdə 784 min 809 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin məbləğin 94,7 faizi gecikdirilmiş əmək haqlarından, 3,1 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Qeyd edilən dövrdə 20 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və görülən tədbirlər nəticəsində həmin şəxslərin öz əvvəlki işlərinə bərpa etdirilməsi təmin olunub.


Müəllif:

Oxşar xəbərlər