“Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var. Kadr təminatı sahəsində ciddi tədbirlər görülür. Hər il dünyada yarım milyon ana doğuş zamanı ölür. 50 faizi Afrika qitəsində yaşayanların payına düşən bu hadisələrin inkişaf etmiş ölkələrdə göstəricisi cəmi 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Millət vəkili vurğulayıb ki, əslində bu ölümlərə təsir edən ciddi tibbi faktorlar var: “Bu gün uşaq ölümlərinin əsas səbəbi sayılan pnevmaniya, malyariya kimi xəstəliklər, qida çatışmazlığı və səhiyyə problemləri demək olar ki, tamamilə həll edilə bilən prosesdir. Ölkəmizdə ana və uşaq ölümləri göstəriciləri tamamilə azalmaqdadır. Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətinin həkimlərin üzərində qalmasını da doğru hesab etmirəm”.
Komitə sədri bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini xüsusilə qeyd edib.
Nemət